“Əbədi məşəl”in alovunda kabab bişirdilər, polis onları axtarır

Qazaxıstan polisi Böyük Vətən Müharibəsi qəhrəmanlarının şərəfinə ucaldılmış abidədə Əbədi Məşəli təhqir edən vandalları axtarır.

AzPost bildirir ki, noks.kz portalının Ridder şəhər polis idarəsinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər abidədəki məşəl üstündə  toyuq kababı bişiriblər.

Hadisə yerli sakinin sosial mediada abidənin qızıl ulduzunda toyuq parçalarının yer aldığını göstərən fotolar paylaşmasından sonra ortaya çıxıb. Qadın toyuğu zibil qutusuna atdığını iddia edib və sonra polisə müraciət edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.