Ədəbiyyat üzrə “Nobel” mükafatının qalibi məlum oldu-FOTO

Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı məlum olub.

Azpost.info bildirir ki, İsveç Akademiyası tərəfindən mətbuat konfransında 2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan olunub.

Cənubi Koreyadan olan yazıçı Han Kang ədəbiyyat üzrə 2024-cü ilin laureatı elan edilib.

Han Kanq 27 noyabr 1970-ci ildə anadan olub. Cənubi Koreya yazıçısıdır. O, 2016-cı ildə bir qadının ruhi xəstəliyə düşməsi və ailəsinin laqeydliyi haqqında “The Vegetarian” romanına görə bədii ədəbiyyat üzrə Beynəlxalq Man Booker mükafatını qazanıb.  Roman həm də onun ingilis dilinə tərcümə edilən ilk kitablarından biridir.

O, 2024-cü il Ədəbiyyat üzrə Nobel Mükafatına “tarixi travmalarla üzləşən və insan həyatının kövrəkliyini göstərən poetik nəsri”nə görə layiq görülüb. O, Ədəbiyyat üzrə ilk Asiya qadın Nobel mükafatı laureatı olub.

“Han Kanq əsərlərində tarixi travmalar və görünməz qaydalar toplusu ilə qarşılaşır və hər bir əsərində insan həyatının kövrəkliyini ortaya qoyur. O, bədənlə ruhun, dirilərlə ölülərin əlaqəsini özünəməxsus dərk edir, poetik və eksperimental üslubu ilə çağdaş nəsrin yenilikçisinə çevrilib”, –Nobel Komitəsinin press-relizində belə yazılıb…

 

Ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir.

Hər laureat bir medal, bir diplom və 1 milyon dollar pul mükafatı alır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.