NetBlocks beynəlxalq internet monitorinq xidmətinin məlumatına görə, Əfqanıstanda internet xidməti tamamilə kəsilib.
“Əfqanıstan hazırda internetin tam bağlanması vəziyyətindədir”, – hesabatda deyilir.
Qeyd olunur ki, insident “Taliban” hakimiyyətinin “əxlaqı qorumağa” yönəlmiş hərəkətləri ilə bağlıdır.
Mənbə onu da bildirir ki, hazırda bütün Əfqanıstanda telefon əlaqəsi kəsilib.