Əhali ilk 5 ayda restoran və kafelərə 987 milyon manatdan çox xərc çəkib

Restoran
Restoran

2025-ci ilin ilk beş ayında ictimai iaşə sahəsində dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.

Valyuta.az xəbər verir ki, yanvar-may aylarında ölkədə ictimai iaşə müəssisələrinin dövriyyəsi 987 milyon 874,9 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründə 801 milyon 810,5 min manat olub.

Beləliklə, bir il ərzində dövriyyədə 186 milyon 064,4 min manat və ya 23,2 faiz artım qeydə alınıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.