“Azroşen” MMC ilə “Oba” market arasında alqı-satqı müqaviləsi üzrə mübahisə yaranıb.
Azpost.info xəbər verir ki, iş o yerə çatıb ki, “Azroşen” MMC marketi məhkəməyə verib.
Şikrətin iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baxılacaq.
“Azroşen” MMC Ukraynanın keçmiş prezidenti Petr Poroşenkoya məxsus “Roşen” şirkətinin Azərbaycandakı filialıdır. MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Hacıyev Akif Hüseyn oğludur. “Roşen” şirkəti şokolad istehsalı ilə məşğul olur.
“Oba” market isə “Veysəloğlu” Şirkətlərinə Qrupuna daxildir. “Veysəloğlu” Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. “Oba” marketlər şəbəkəsi ilə yanaşı “Araz” marketlər şəbəkəsi bu şirkətlər qrupuna daxildir. “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti Aydın Talıbovdur.
Hüseyn