Məşhur yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri bütün dünyada məşhurdur.
Azpost.info bildirir ki, epiloq.az əsərdən həyata aid ən maraqlı cümlələri təqdim edib:
-Bu, mənim üçün, dünyanın ən gözəl və eyni zamanda ən kədərli mənzərəsidir. Bu, əslində əvvəlki səhifədəki həmin mənzərədir, amma mən onu sizə yaxşı göstərmək üçün bir daha çəkdim. Məhz burda balaca şahzadə ilk dəfə yer üzündə peyda olmuş, sonra isə qeyb olmuşdur. Əgər bir gün Afrika səhralarına səyahət etsəniz, bu mənzərəni tanımaq üçün ona diqqətlə baxın. Əgər bir gün siz ordan keçəsi olsanız, yalvarıram, tələsməyin, həmin ulduzun altında bir az ayaq saxlayın! Əgər onda bir uşaq sizə tərəf gələrsə, gülərsə, əgər onun qızılı saçları varsa və əgər onu sorğu-sual edəndə cavab verməzsə, siz, onun kim olduğunu anlayacaqsınız. Onda zəhmət olmasa, məni intizarda qoymayın, mənə təskinlik verin, onun qayıtması haqqında mənə tezliklə yazın…
***
Bütün böyüklər uşaq olublar, gəl ki, bunu hamısı xatırlamır.
***
Tülkü: İnsanların artıq heç bir şeyi anlamağa zamanları yoxdur. Onlar buna görə də hər şeyi satın alır. Amma dost satan satıcı yoxdur, buna görə də insanlar dostsuz qalıb. Əgər sənə bir dost lazımdırsa, məni sahiblən.
***
Həqiqəti gözlər görə bilməz. İnsan ürəyi ilə anlamağa çalışmalıdır.
***
Sən günortadan sonra saat dörddə gələcəksənsə, mən saat üçdən etibarən sevinməyə başlayacağam.
***
“İnsanlar haradadır?” deyərək sükutu pozdu Balaca Şahzadə. “Səhrada insan özünü yalnız hiss edir.” “İnsanların arasında da yalnız ola bilir insan” dedi ilan.
Sənin gülünün digərlərindən daha dəyərli olmasının səbəbi sənin ona daha çox vaxt ayırmağındı.
***
İnsanın özünü mühakimə etməsi başqalarını mühakimə etməsindən daha çətindir. Özünü mühakimə edə bilən insan əsl müdrik insandır.
***
Böyüklər bir şeyi tək başına anlamırlar, onlara hər şeyi izah etmək də çox cansıxıcı bir şeydir.
***
Bir gün günün batmasını düz 43 dəfə izlədim. Günün batmasını izləmək daha çox üzgün və dərdli olduğumuz zaman xoşumuza gəlir.
***
Özünü bəyənən insanlar tərifdən başqa heç nə eşitmirlər. Onların gözündə digər insanlar sadəcə bir “heyvan”dır.
Kəpənəklərlə tanış olmaq istəyirsənsə, iki-üç tırtıla da dözməlisən.
***
Böyüklər kimi olmaqdan qorxuram, onlara rəqəmlərdən başqa heç nə maraqlı deyil.
Çox kədərli olanda günəşin qürub etməyinə baxmaq kömək edir.
***
Bilirsənmi səhra niyə gözəldir? Onun harasındasa bir neçə çeşmə gizlənib.
***
Sözlər bir-birini başa düşməyə ancaq mane olur.