“El Klasiko” təxirə salına bilər- Koronavirus səbəbindən

İspaniya La Liqasının XXVI turu çərçivəsində keçiriləcək “Real” – “Barselona” oyunu təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas deyib.

O bildirib ki, koronavirusla bağlı problem böyüyərsə, sabahkı oyun baş tutmaya bilər. Həmçinin qarşılaşmanın boş tribunalar önündə keçirilməsi də istisna edilmir: “Madriddə koronavirus halı aşkarlanmayıb. Bu baş verərsə, “El Klasiko”nu azarkeşsiz keçirmək və ya təxirə salmaq kimi variantlara əl ata bilərik”.

Qeyd edək ki, “Santyaqo Bernabeu”da keçiriləcək oyun Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan İranla sərhədi bağladı

Sonrakı məqalə

Bakı Limanı dezinfeksiya tədbirlərinə başladı