Azərbaycan Xalq Cəbhəsi sədri Əbülfəz Elçibəyin sabiq müavini, 1992-1993-cü illərdə Xətai İcra Hakimiyyətinin Başçısı olmuş Zəlimxan Məmmədli sabiq Səhiyyə naziri Əli İnsanovun təsis etdiyi Haqq-Ədalət Partiyasının Ali Məclisinin sədri seçilib.
Azpost.info bildirir ki, bu barədə Əli İnsanov məlumat yayıb.
Bu barədə qərar 12 İyun 2020-ci ildə keçirilmiş Haqq Ədalət Partiyasının İdarə Heyətinin növbəti iclasında qəbul olunub.
Zəlimxan Məmmədlinin partiyanın üzvü olmaq istəyi ilə bağlı HƏP sadrinə ünvanladığı ərizə ilə İdarə Heyətinin üzvlərini tanış edilib və o, HƏP-ə üzvü, daha sonra İdarə Heyətinə seçilib.
Bundan sonra Zəlimxan Məmmədlinin Haqq Ədalət Partiyasının Ali Məclisi sədrliyinə namizədliyi partiyanın yaxında keçirəcək Ali Məclisinin sesiyasında müzakirəyə çıxarılmaq üçün səsə qoyuldu və təsdiqlənib.
HƏP İdarə Heyəti partiyanın Ali Məclisinin sesiyasına qədər Ali Məclis sədri vəzifəsinin icrasını Zəlimxan Məmmədliyə həvalə edib.