Eldar Əzizov töhmət verdiyi icra başçısından danışdı:"Dönüş yaratmağa çalışır"

“Bu gün Qaradağ rayon İcra Hakimiyyəti işləyir. Çalışırlar ki, öz fəaliyyətlərində dönüş yaratsınlar”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, Qaradağ Rayon İcra Hakimiyyətinin fəaliyyətində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirlər:“Bu normal haldır. Çünki kiməsə cəza verilir, kiminsə fəaliyyəti qiymətləndirilir. Bütün bunlar normaldır. Deməli, daha da yaxşı işləməliyik”. Əzizov bildirib ki, başqa heç bir rayon İcra Hakimiyyəti başçısına töhmət verilməyib.

Qeyd edək ki, martın 24-də Bakı Şəhər İcra Hakimiyyətində koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunmuş və ona xəbərdarlıqla töhmət elan edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev və Mehriban Əliyeva Fəxri Xiyabana gəldilər –

Sonrakı məqalə

“Tağıyevə heykəl qoyulması yaxın vaxtlarda reallaşdırılacaq” –