Əli İnsanov partiyanın Ali Məclisini ləğv edib

Əli İnsanovun sədri olduğu Haqq-Ədalət Partiyasında Ali Məclis ləğv edilib.
Azpost.info bildirir ki, bu barədə HƏP mətbuat xidmətinin açıqlamasında bildirilir.
Məlumatda qeyd edilir ki, İdarə Heyəti qurultayda yeni redaksiyada qəbul olunmuş “Nizamnamə və Proqram”ına uyğun qərarlar qəbul edib.
Bundan sonra şəhər və rayon təşkilatlarının İdarə Heyətləri HƏP şəhər və rayon təşkilatının Məclisi adlandırılacaq. Qurultaylararası dövrdə partiyadaxili bütün məsələlərin həll olunması partiya Sədri və Partiyanın İdarə Heyəti tərəfindən həyata keçiriləcək. HƏP Gənclər Təşkilatı bundan sonra HƏP Gənclər Birliyi adlandırılacaq.
Partiyanın Ali Məclisi isə buraxılıb.
Partiya Sədrinin birinci müavini və müavinləri fəaliyyət göstərəcək.
Qeyd edək ki, partiyanın Ali Məclisinə Zəlimxan Məmmədli sədrlik edib. O, ötən ilin dekabrında HƏP sıralarından xaric edilib.
Azpost.info
Əvvəlki məqalə

Naxçıvanda ipəkçilik fabriki tikiləcək

Sonrakı məqalə

ABŞ Rusiyanın 3 təyyarəsinə və 2 poliqonuna sanksiya qoyub