Əli insanov xalqı Prezident İlham Əliyevə səs verməyə çağırıb

Haqq-Ədalət Partiyasının sədri Əli insanov Azərbaycan xalqını seçkilərdə prezident İlham Əliyevə səs verməyə çağırıb. 
Azpost.info bildirir ki, HƏP sədri bununla bağlı partiyanın İdarə Heyətində çıxışı zamanı bildirib.
“Azərbaycan vətəndaşlarını seçkilərdə aktiv iştirak etməyə cəlb etməli və qarşıdan gələn Prezident seçkilərində yekdilliklə Prezidentliyə namizəd İlham Əliyev cənablarına səs vermələrinə çağırış etməliyik”-deyə o bildirib.
Əli İnsanov qeyd edib ki, 2023-cü il dekabrın 16-da HƏP İdarə Heyətinin geniştərkibli iclasında Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcəkləri barədə qəbul edilən qərara əsasən, partiya üzvləri artıq təbliğat işlərinə başlayıblar.
Əli İnsanov deyib ki, HƏP rəhbərliyi və məclis üzvləri 2024-cü il fevralın 5-nə qədər yaşadıqları şəhər və rayonlarda, həyətlərdə, müəssisələrdə, istirahət parklarında, iş yerlərində, müxtəlif məclislərdə fevral ayının 7-si günü seçki məntəqələrinə gəlmələrini təbliğ etməli, Prezidentliyə namizəd İlham Əliyevin leyhinə səs vermələri üçün geniş təbliğat işləri planlaşdırılmalıdır.
Əvvəlki məqalə

Prezident Rusiya Hökuməti sədrinin müavinini qəbul edib

Sonrakı məqalə

Dərini deşmədən qanda şəkərin səviyyəsini ölçmək olacaq