Tanınmış aktyor və kinorejissor Kamran Ağabalayev orta məktəb şagiridi Elina Hacıyevanın bütün ölkəni sarsıtmış intiharı ilə bağlı bədii film çəkməyə hazırlaşır.
Azpost.info bildirir ki, bu barədə rejissor 1news.az –a müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda premyerası gözlənilən “Ağacdələn” filminin ikinci hissəsi Elinaya həsr olunacaq: “Elinanın əhvalatı bizim hamımızı sarsıtdı. Bu faciə bizim filmin ikinci hissəsinin əsasını təşkil edəcək. Hazırda ssenari üzərində iş gedir. Tezliklə çəkilişlər başlanacaq. Filmdə iki qəhrəman olacaq: Mən və Elina. Hazırda Elina rolunu oynaya biləcək yeniyetmə qızın axtarışları gedir”.