XİN Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü barədə:

"Sadəcə fikir mübadiləsi aparılıb" YENİLƏNİB
24 Sentyabr 2019 - 08:29

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb.

***

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Bu barədə Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Twitter” vasitəsilə məlumat yayıb.