Elmar Məmmədyarov erməni həmkarı ilə  görüş planlaşdırıb –Amma vaxtını hələ deməyib

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

Azpost.info bildirir ki, “Sputnik Armenia”nın yaydığı xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu görüş artıq planlaşdırılıb. Ancaq çox təəssüf ki, görüşümüzün vaxtı barədə heç nə deyə bilmərəm. Çünki görüşün tarixinin iki ölkə tərəfindən eyni vaxtda elan olunması barədə razılaşma var”, – deyə Z. Mnatsakanyan bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Z. Mnatsakanyan arasında sonuncu görüş iyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İnsult keçirimiş SSRİ xalq artistinin vəziyyəti sabitləşib-

Sonrakı məqalə

Ölkənin ən məşhur xəstəxanası orqan əməliyyatını dayandırıb –