Elnur Əliyev barəsində yaşayış yerini tərk etməmək qətimkan tədbiri seçilib

Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev sərbəst buraxılıb.

Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilib və barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elnur Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb olunub.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. (APA)

 

Əvvəlki məqalə

Şolts Çin lideri görüşünü yüksək qiymətləndirib

Sonrakı məqalə

DTX-nın həbs etdiyi şöbə müdirinin nədə ittiham edildiyi məlum olub