Elnur Məmmədov UNESCO Baş Konfransının 43-cü sessiyasında iştirak edib

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Özbəkistanın Səmərqənd şəhərində UNESCO Baş Konfransının 43-cü sessiyasına qatılıb.

Bu barədə APA-ya XİN-dən məlumat verilib.

Sessiya çərçivəsində nazir müavini 6 noyabr tarixində təşkilatın yeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib. Seçkilər nəticəsində Misir Ərəb Respublikasından olan namizəd Xalid El-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.

Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri Xondker Mohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycanın UNESCO-nun idarəetmə orqanlarının fəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.