Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşdü

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Azərbaycan futbolunun tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.

Sol cinah müdafiəçisi Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirilən ilk matçda fərqlənib. Elvin Cəfərquliyev 55-ci dəqiqədə rəqibin qapısına yol tapıb.

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” matçı qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.