Embawood qüsurlu məhsulu geri götürməkdən imtina etdi– Şirkətə protokol tərtib olundu

Embawood
Embawood

“Embawood” MMC-nin istehlakçı hüquqlarını pozduğu aşkarlanıb. AzPost xəbər verir ki, bu barədə məlumatı Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi yayıb.

Bildirilib ki, şirkət tərəfindən satılmış qüsurlu məhsulun geri qaytarılmasından imtina edilməsi faktı araşdırılıb. Eyni zamanda, istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə zidd olan və hüquqları məhdudlaşdıran şərtlərin əlavə olunduğu müəyyən edilib.

Bununla bağlı şirkət barəsində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən inzibati xəta protokolları tərtib olunub.

Agentlik əlavə edib ki, bu, “Embawood” şirkəti ilə bağlı ilk hal deyil. Belə ki, ötən ay da analoji pozuntuya görə şirkətə qarşı inzibati tədbirlər görülmüşdü.

Qeyd edək ki, qanunvericiliyə əsasən, qüsurlu malın geri qaytarılması istehlakçının əsas hüquqlarından biridir və bu hüququn məhdudlaşdırılması qanunsuz sayılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.