Energetik içkilər diabet riskini ciddi şəkildə artırır- Dietoloq xəbərdar etdi

Enerji içkilərinin müntəzəm istifadəsi orqanizmdə metabolik pozuntulara və gələcəkdə diabetin inkişafına səbəb ola bilər. AzPost xəbər verir ki, bu barədə AİF-ə danışan diyetoloq-endokrinoloq Anton Polyakov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, energetik içkilər üçün təhlükəsiz qəbul norması mövcud deyil. Onlar qısa müddətdə işləkliyi artırsa da, uzunmüddətli perspektivdə sağlamlığa ciddi ziyan vurur.

“Bu içkilər sinir sisteminə ucuz stimulyator təsiri göstərir və bir anlıq əlavə enerji verə bilər. Amma zaman keçdikcə onların yaratdığı yan təsirlər sağlamlıq üçün ciddi problemlər yaradır”, – deyə həkim qeyd edib.

Polyakov bildirib ki, energetiklərin əsas təhlükəsi yüksək şəkər tərkibi ilə bağlıdır. Sürətli şəkər qəbulu qanda qlükozanın qəfil artmasına, ardınca isə kəskin enməsinə səbəb olur.

“Nəticədə orqanizmdə ‘karbohidrat yelləncəyi’ formalaşır: əvvəlcə yüksək qlükoza, sonra isə onun sürətlə aşağı düşməsi baş verir. Bədən bunu kompensasiya etmək üçün çoxlu insulin ifraz edir. Energetiklərin uzun müddət qəbul edilməsi isə karbohidrat mübadiləsinin pozulmasına və diabetə qədər aparıb çıxara bilər”, – deyə həkim əlavə edib.

Mütəxəssis energetik içkilərdən tamamilə uzaq durmağı, yorğunluq və enerji çatışmazlığı ilə mübarizə üçün isə daha təhlükəsiz üsullara – yuxu rejiminin düzəldilməsi, balanslı qidalanma və fiziki aktivliyə üstünlük verməyi tövsiyə edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.