Epştein işi üzrə zərərçəkənlərə nə qədər kompensasiya ödəniləcək?

ABŞ-da qalmaqallı maliyyəçi kimi tanınan Jeffrey Epştein işi ilə bağlı yeni maliyyə razılaşması əldə olunub. AzPost xəbər verir ki, Bloomberg-in yaydığı məlumata görə, mərhum maliyyəçinin varisləri və onun iki sabiq tərəfdaşı təxminən 40 qadınla məhkəmədənkənar razılığa gəlib.

Məlumata əsasən, tərəflər arasında əldə edilən razılaşmaya görə, ümumi kompensasiya məbləği 35 milyon dollara qədər çata bilər. Söhbət daha əvvəl razılaşma imzalamamış iddiaçıların bütün qalan tələblərinin bağlanmasından gedir. Bununla da uzun müddətdir davam edən hüquqi proseslərin bir hissəsi yekunlaşmış ola bilər.

Hazırlanan planın qüvvəyə minməsi üçün Nyu-York federal məhkəməsinin hakimi tərəfindən təsdiqlənməsi tələb olunur. Qərar təsdiqləndikdən sonra ödəniş mexanizmi rəsmi şəkildə icraya yönləndiriləcək.

Qeyd edək ki, bundan əvvəl Epştein işi üzrə yaradılmış xüsusi kompensasiya proqramı çərçivəsində 136 nəfərə ümumilikdə 121 milyon dollar ödənilmişdi. Həmin proqram zərərçəkənlərin məhkəmə proseslərindən kənar şəkildə maliyyə təminatı almasını nəzərdə tuturdu.

Məsələ ilə bağlı digər diqqətçəkən məqam isə ABŞ Ədliyyə Nazirliyinin istintaq materiallarını ictimaiyyətə təqdim etməsi olub. Yanvarın 30-da ABŞ baş prokurorunun müavini Todd Blanche iş üzrə sənədlərin açıqlanması prosesinin başa çatdığını bildirib. Açıq mənbələrə 3,5 milyondan çox fayl yerləşdirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.