İrəvanla Bakı arasında sülh sazişi imzalanandan sonra Azərbaycanda erməni əsirlərin problemi həll olunmalıdır.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan II Erməni Qlobal Sammitində deyib.
“Əsirlərin və girovların problemini həll edən məhz sülh sazişidir. Məncə, bu barədə sözbəsöz yazılmasından asılı olmayaraq, bu məsələni sülh sazişi həll etməlidir. Sülh sazişi başqa ab-havadır, fərqli münasibətlərdir”, – Paşinyan bildirib.
Azpost.info