Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb

03 İyun 2020 - 09:51

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

Uzundərə adlanan ərazisində baş tutan hərbi təlim səhər saat 09:30 radələrindən başlayıb.  Təlim zamanı ağır artilleriya qurğularından  atılan mərmilərin səsi təmas xəttinə yaxın yaşayış məntəqələrində eşidilir.

Hazırda təlim davam edir.