Ermənilər Kəlbəcər istiqamətində istehkam qurmağa cəhd göstərib

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən xəbər verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Əvvəlki məqalə

Azərbaycanın səfirliyi Rusiya XIN-ə etiraz notası verib

Sonrakı məqalə

“Facebook” Araik Arutyunyanın səhifəsini silib