Ermənilərin 56 faizi müharibədən sonra özlərini təhlükəsiz hiss etmir –

“Gallup”un keçirdiyi sorğunun NƏTİCƏLƏRİ
04 Dekabr 2020 - 13:24

Ermənistanda əhalinin yarıya qədəri hesab edir ki, Baş nazir Nikol Paşinyan istefa verməlidir.

Azpost.info bildirir ki, bu barədə nufuzulu Gallup İnternational Mərkəzinin keçirdiyi sorğunun nəticələrini açıqlayan Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan mətbuat konfransında bildirib.

Rəy sorğusu 25 noyabr -2 dekabr tarixləri arasında Ermənistanın bütün şəhər və vilayətlərində keçirilib.

““Paşinyan indi nə etməlidir?” sualına sorğu iştirakçılarının 38 faizi “öz vəzifəsini icrasını davam etdirməlidir” cavabı verib. 45 faiz isə hesab edir ki, o istefa verməlidir”-deyə Navasardyan bildirib.

2020-ci ilin iyulunda Gallup-un keçirdiyi sorğuda əhalinin 85 faizi Paşinyanı dəstəkləmişdi. Dekabrda isə bu artıq 38 faizdə düşüb.

Navasardyan qeyd edib ki, Paşinyanın reytinqi 26 oktyabrda canlı efirdəki çıxışından və 9 noybar sazişini imzaladıqdan sonra kəskin şəkildə düşüb.

Sorğuda rəyi soruşulanların 56 faizi qeyd edib ki, Qarabağdakı müharibədən sonra özlərini Ermənistanda təhlükəsiz hiss etmirlər.