Ermənilərin Hadrudda təxribat törətdiyi təsdiqlənib-

Düşmənin üç hərbçisi yaralanıb
12 Dekabr 2020 - 12:16

Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törədiyi təxribat zamanı düşmənin üç hərbçisi yaralanıb.

“Sputnik Armenia” agentliyi xəbər verir ki, erməni tərəfinin yaydığı məlumata görə, dekabrın 11-də Hadrut ərazisində atışma olub. Atışmada üç erməni hərbçi yaralanıb.

Xatırladaq ki, dünən sosial şəbəkədə erməni təxribatı nəticəsində Azərbaycanın bir hərbi qulluqçusunun yaralandığı haqqında məlumat yayılıb.