Ermənistan prezidenti Baş Qərargah rəisinin istefa fərmanını imzalamadı –

Paşinyanın sənədi geri qaytarıldı
27 Fevral 2021 - 18:24

Ermənistan prezidenti Armen Sərkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi ilə bağlı Baş nazir Paşinyanın fərmanını geri qaytarıb.

Azpost.info bildirir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

“Prezident hakimiyyət nümayəndələri, parlament və qeyri-parlament qüvvələri, ali hərbi komandanlıq nümayəndələri ilə məsələhətləşmələr keçirib.  Prezident Aparatında fərman aparıcı və müstəqil hüquqşünaslar tərəfindən öyrənilib. Qərara gəlinib ki, fərman Konstitusiyaya ziddir”-deyə Prezidentin mətbuat xidmətinin rəsmi açıqlamasında deyilir.

Sənəddə vurğulanır ki, Silahlı Qüvvələr siyasi məsələlərdə neytral qalmalıdır.