Ermənistan Tovuzdakı mövqelərimizi atəşə tutub –

RƏSMİ
18 Noyabr 2021 - 11:51

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.