Ermənistan və Azərbaycanın Zəngəzurda apardığı danışıqlar –

Qaragöldə 4 post yaradılacaq
17 May 2021 - 00:40

Zəngəzurda demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan hərbşilərinin apardığı danışlqların nəticələri barədə ilkin məlumatlar yayılır.

Azpost.info bildirir ki, Zəngəzurda hər birində 15 əsgər olmaqla Azərbaycanın 4 mövqeyi olacaq. Bu barədə Zəngəzurun sabiq qubernatoru Vaqe Akopyan məlumat verib. Onun sözlərinə görə, razılığın əldə edilməsində sülhməramlıların komandanı Rüstəm Muradovun səyləri də rol oynayıb.

Sabiq qubernatorun sözlərinə görə, gölə bitişik ərazidə bərabər sayda –hər biri  dörd post olmaqla Azərbaycan və Ermənistan hərbçiləri mövqe tutacaq.

Belə məlum olur ki, Azərbaycan hərbçiləri nəzarət etdikləri ərazidə postlar quracaq.

Danışıqların nəticələri ilə bağlı rəsmi məlumat hələki yayılmayıb.