Ermənistan və Azərbaycanın Zəngəzurda apardığı danışıqlar –Qaragöldə 4 post yaradılacaq

Zəngəzurda demarkasiya ilə bağlı Azərbaycan və Ermənistan hərbşilərinin apardığı danışlqların nəticələri barədə ilkin məlumatlar yayılır.

Azpost.info bildirir ki, Zəngəzurda hər birində 15 əsgər olmaqla Azərbaycanın 4 mövqeyi olacaq. Bu barədə Zəngəzurun sabiq qubernatoru Vaqe Akopyan məlumat verib. Onun sözlərinə görə, razılığın əldə edilməsində sülhməramlıların komandanı Rüstəm Muradovun səyləri də rol oynayıb.

Sabiq qubernatorun sözlərinə görə, gölə bitişik ərazidə bərabər sayda –hər biri  dörd post olmaqla Azərbaycan və Ermənistan hərbçiləri mövqe tutacaq.

Belə məlum olur ki, Azərbaycan hərbçiləri nəzarət etdikləri ərazidə postlar quracaq.

Danışıqların nəticələri ilə bağlı rəsmi məlumat hələki yayılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan və Fransa XİN başçıları telefonda Zəngəzurdakı vəziyyəti müzakirə edibər

Sonrakı məqalə

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər açılır