Ermənistan Zod istiqamətində mövqelərimizə zərbə PUA-ları tətbiq edir –RƏSMİ

Mayın 12-si saat 11:30-da Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun üzbəüz yerləşən mövqeləri istiqamətində zərbə PUA-ları tətbiq edib.

Bu barədə MN məlumat yayıb.

Ermənistan tərəfi növbəti dəfə təxribat törədərək vəziyyəti yenidən gərginləşdirir.
Ordumuzda şəxsi heyət və texnika sarıdan itki yoxdur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.