Ermənistanda Böyük Mason Lojasının qapalı toplantısı keçirilib –FOTO

İyunun 14-da İrəvanda Ermənistan Böyük Mason Lojasının İllik toplantısı keçirilib. 

Azpost.info bildirir ki, bununla bağlı Ermənistana bir sıra mason lojalarının nümayəndələri gəlib.

Qapalı keçirilən toplantının gündəliyi barədə heç bir məlumat açıqlanmayıb.

Ermənistanın Böyük Mason Lojası 2002-ci ildə yaradılıb və 22 ildir mövcuddur.

MDB-dəki lojalar bir biri ilə bağlıdır. Rusiya Böyük Lojası Ermənistan Böyük Lojası, Azərbaycan Böyük Lojası, Gürcüstan Böyük Lojası və Qazaxıstan Böyük Lojasının ana lojasıdır. Belarusiyada Rusiyanın yurisdiksiyası altında üç loja var.

Rusiya Lojasının Böyük ustadı Boqdanov bir neçə il əvvəl verdiyi müsahibəsində deyib ki, Ermənistan Böyük Lojası ilə Azərbaycanın Böyük Lojası bir-birini tanımır: “Amma hər iki Böyük Loja Rusiyanın Böyük Lojası tərəfindən yaradıldığından hər ikisi tez-tez bizim məclislərdə olur və aralarında heç bir problem yoxdur. Üstəlik, Rusiyanın Böyük Lojasında ermənilər, azərbaycanlılar, türklər birgə təmsil olunur”.

Azpost.info

 

Əvvəlki məqalə

Niderland Polşanı məğlub edib –

Sonrakı məqalə

İran və Rusiya XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər