Ermənistanın COP29-da iştirak etməməsi itirilmiş fürsətdir- Azərbaycan XİN rəhbəri

Azərbaycan COP-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, Ermənistana da dəvət göndərib.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir”.

Əvvəlki məqalə

İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir

Sonrakı məqalə

Azərbaycan Ermənistanla sülh danışıqlarını sona çatdırmaqda israrlıdır