Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan Paşinyanın müavini təyin olunacaq

Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan Baş nazirin müavini təyin ediləcək.

Azpost.info xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında deyib.

“Bildirmək istəyirəm ki, bu gün biz bu məsələni ölkə prezidenti ilə müzakirə etdik və indiyədək maliyyə naziri vəzifəsində çalışmış Tiqran Xaçatryan baş nazirin müavini vəzifəsinə təyin ediləcək”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, maliyyə naziri postinda Xaçatryanı müavini Vahe Ovannisyan əvəz edəcək.

Xaçatryan maliyyə naziri vəzifəsinə 2021-ci ilin avqustunda təyin edilib. Baş nazirin keçmiş müavini Ambarsum Matevosyan isə dekabrın 12-də tutduğu vəzifədən azad edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.