Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir- Rəsmi Bakı

“Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğal dövründə Ermənistan tərəfindən 1 milyondan artıq mina basdırılıb:

“Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir. Ölkəmizin ərazisinin təxminən 12 faizi mina ilə çirkləndirilib”.

Əvvəlki məqalə

Azərbaycan və Ermənistan arasında müharibə faktoru qalmayıb –

Sonrakı məqalə

“Saxta plastik cərrahlarla bağlı araşdırma aparılır”