Erməni əsilli şəxslərin “Laçın” məntəqəsindən sərbəst keçidi təmin olunub

Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin olunub.

Bu gün bir qrup erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərdə Xankəndidən gələrək, “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.

Erməni əsilli 30 nəfərin Azərbaycandan Ermənistana keçməsinə şərait yaradılıb. Onlardan 9-nun səhhətində problemlər var. (APA)

Əvvəlki məqalə

Taliban qadınlara parkda gəzməyi qadağan edib

Sonrakı məqalə

Yeməyə duz qatmayanlarda ürək-damar xəstəliyi az olur