Ermənistan-Gürcüstan sərhədindəki anbarda yanğın

Ermənistanın Gürcüstanla sərhədindəki “Baqrataşen” nəzarət buraxılış məntəqəsində pirotexniki vasitələrin saxlandığı anbarda yanğın baş verib.

APA-nın “Armenia Today” portalına istinadən xəbərinə görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.