Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşadakı mövqelərimizi atəşə tutub –MÜDAFİƏ NAZİRLİYİ

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin (MN) verdiyi xəbərə görə, eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İyunun 10-dan idman zallarına gedənlərdən COVİD pasportu tələb olunacaq

Sonrakı məqalə

Formula 1-lə əlaqədar 23 marşrut xəttinin hərəkət sxemi dəyişdiriləcək –