“Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyırıq, bura Qarabağ da daxildir”- PAŞİNYAN

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Baş nazirin sözlərinə görə, bunun müqabilində Bakı regionda yaşayan ermənilərə təhlükəsizlik zəmanəti verməlidir.

“Bəli, Ermənistan Azərbaycanın Qarabağ daxil olmaqla 86.600 kvadrat kilometr ərazisini tanıyır. Amma eyni zamanda, söhbət ondan gedir ki, Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələsi Stepanakert-Bakı (Xankəndi-Bakı:red) formatında müzakirə olunmalıdır”, – Paşinyan bildirib.

Paşinyan hesab edir ki, İrəvanın Qarabağla bağlı hazırkı mövqeyi sülh gündəliyi üzrə seçkiqabağı vədlərə uyğundur.

O həmçinin qeyd edib ki, beynəlxalq qalmaqaldan qaçmaq üçün Azərbaycanla danışıqlar paketinin hamısını ictimaiyyətə açıqlamayıb.

Paşinyan Ermənistanın Qarabağın öz müqəddəratını təyin etmək məqsədindən əl çəkməyə hazır olduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

Mehriban Əliyeva Litva Milli Kitabxanası ilə tanış olub

Sonrakı məqalə

Qobustanda qəzada ölən cütlük Bakıya nişan üzüyü almağa gedirmiş