“Ermənistan Rusiyanı və KTMT-ni münaqişəyə cəlb etmək istəyir” –Polad Bülbüloğludan mühüm bəyanat

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrini Azərbaycanla münaqişəyə cəlb etməyə cəhd göstərir.

Bu barədə nu RBK-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

“Bu təxribat KTMT ölkələrini, ilk növbədə də blokun əsas üzvü olan Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etməyə istiqamətlənib. Belə ki, bu təxribat Dağlıq Qarabağla təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində törədilib”, – deyə Azərbaycan səfiri vurğulayıb.

Diplomatın sözlərinə görə, münaqişə zamanı tərəflərdən heç biri yeni yüksəklik və ərazilər tutmayıb: “Azərbaycan münaqişənin gərginləşməsində maraqlı deyil. Biz sülh yolu ilə həldə maraqlıyıq, lakin bunun üçün işğalçı qoşunları bölgədən çıxarmaq lazımdır. O zaman Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar başlayacaq. Yalnız onda hansısa kompromislərdən danışmaq olar. Bu gün hansı kompromisdən söhbət gedə bilər? Nə, biz öz torpaqlarımızı verməliyik? Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağı isə heç kəs tanımır”. Bülbüloğlu BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılması haqqında dörd qətnaməsinin mövcudluğunu xatırladıb: “Xalqımız Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların yerində saymasından yorulub. Ona görə də iyulun 15-də Bakıda “Karantini bitir, müharibəni başla” şüarı ilə aksiya keçirildi. ATƏT-in Minsk Qrupunun üç həmsədri gəlir, gedir. Lakin münaqişənin həlli yerindən tərpənmir. Cəmiyyətdə Minsk Qrupunun işindən çox böyük narazılıqlar var. “Dərhal müharibəyə başla” şüarı səslənib. İnsanlarda ərazilərinin işğal olunmasına görə utanc hissi var. Onlar nə etməlidirlər? Sona qədər getməyi tələb edirlər. Bu, cəmiyyətdəki əhval-ruhiyyənin vacib göstəricisidir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt öz ərazilərinin itirilməsi ilə barışmayacaq. Əminik ki, regionun ən böyük, nüfuzlu ölkəsi, BMT TŞ-nin və Minsk Qrupunun üzvü bu münaqişənin həllində tarixi missiyanı öz üzərinə götürə bilər. Burada bizimdir, sizindir alınmayacaq. Burada birmənalı olaraq öz mövqeyini bildirmək lazımdır. Xəritədə kimin kimin torpağını işğal etdiyi gözəl görünür”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“General Polad Həşimovun vurulmasında ermənilərə kənar qüvvə kömək edib” –

Sonrakı məqalə

“Erməni iş adamlarının ayağı bizim obyektə dəyməyəcək” –