Ermənistan Şəhərsalma Komitəsinin sədri həbs olunub- Rüşvət almaqda təqsirləndirilir

Ermənistan Şəhərsalma Komitəsinin sədri Vaahn Vermişyan həbs olunub.

APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti V.Vermişyanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, müxtəlif vaxtlarla müxtəlif məbləğlərlə külli miqdarda rüşvət aldığı barədə faktlar açıqlayıb.

O, keçirilən əməliyyat nəticəsində fevralın 5-də saxlanılıb.

Daha sonra məhkəmə V.Vermişyan barəsində həbs qərarı çıxarıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə və Rusiya prezidentlərinin İdliblə bağlı danışıqları davam edəcək”

Sonrakı məqalə

Deputat seçilmiş Erkin Qədirli: