“Türkiyə və Rusiya prezidentlərinin İdliblə bağlı danışıqları davam edəcək”- Çavuşoğlu

“İdlibdə atəşkəsə təcili riayət edilməlidir. Bu gün rusiyalı heyətlə olan növbəti toplantıların nəticələrinin necə olacağına baxacağıq. Nəticələr müsbət olmasa, Rusiya və Türkiyə liderlərinin bu razlaşmanı əldə edənə qədər danışıqlarının davam edəcəyi gözləınilir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Sloveniyanın Xarici İşlər naziri Miro Cerar ilə birgə keçirilən mətbuat konfransında İdliblə bağlı sualı cavablandırarkən belə deyib.

Mövlud Çavuşoğlu İdlibdə atəşkəsin təmin olunması ilə əlaqədar Türkiyə və Rusiya prezidentlərinin, eləcə də rusiyalı həmkarı Sergey Lavrovla son danışıqlarını xatırladaraq, bildirib ki, əgər bu mövzuda müttəfiqləri Soçi razılaşmasını pozmasaydı, bu toplantılara da ehtiyac qalmazdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni tərkibli Milli Məclisin ilk iclasının sədri məlum oldu

Sonrakı məqalə

Ermənistan Şəhərsalma Komitəsinin sədri həbs olunub