Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində ölkənin Dövlət Gəlirləri Komitəsinin vəzifəli şəxsləri də daxil olmaqla, 5 şəxsə qarşı cinayət işi açılıb.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, vergidən yayınmada və şəriklikdə ittiham olunurlar.
İki nəfər saxlanılıb, onlardan biri Dövlət Gəlirləri Komitəsinin əməkdaşıdır.
Həbs olunanlar arasında Meğri gömrük-keçid məntəqəsinin rəisi də var.