“Ermənistanın NATO-ya üzvlüyündən söhbət getmir”- Mirzoyanın müavini

“Ermənistanın NATO-ya üzvlüyündən söhbət getmir, lakin ölkə Alyansla əməkdaşlığı davam etdirmək niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, İrəvan artıq bir neçə ildir ki, NATO ilə tərəfdaşlıq edir və onu azaltmaq niyyətində deyil.

“Ermənistanla NATO arasında tərəfdaşlığa gəlincə, bu, birinci il deyil. Biz NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edirik və bu prosesi davam etdirməyə hazırıq”, -XİN rəsmisi deyib.

Azpost.info

Əvvəlki məqalə

Bakının bu ərazilərinə suyun verilməsində məhdudiyyət olacaq

Sonrakı məqalə

Türkiyədə bir ildə nələr bahalaşıb?