Türkiyədə bir ildə nələr bahalaşıb?

2023-cü ilin avqustunda Türkiyədə istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 58,94 faiz yüksəlib.

Azpost.info novator-a istinadən bildirir ki,  hesabatı yayan Statistika Qurumun məlumatına görə, ən böyük illik inflyasiya ictimai iaşə və mehmanxana xidmətində qeydə alınıb: 89,31 faiz.

İyul ayına nəzərən qiymət artımı 9,09 faiz göstərilir. Statistikaya əsasən, avqustda 143 əsas mal, məhsul və xidmətin 138-də bahalaşma, 1-də ucuzlaşma rəsmiləşib, 4-də qiymət sabit qalıb.

Azərbaycan Mərkəzi Bankı sentyabrın 4-də 100 Türkiyə lirəsini 6 manat 37 qəpiyə satır.

2023-cü il 9 manat 7 qəpiklə start götürüb, fevralın əvvəlində kurs 9 manat 4 qəpik, martın əvvəlində 9 manat, aprelin əvvəlində 8 manat 86 qəpik, mayın əvvəlində 8 manat 74 qəpik, iyunun əvvəlində 8 manat 19 qəpik, iyulun əvvəlində 6 manat 53 qəpik, avqustun əvvəlində 6 manat 31 qəpik, sentyabrın əvvəlində 6 manat 36 qəpik olub.

2021-2022-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 9 manat 9 qəpiyə düşüb.

Əvvəlki məqalə

“Ermənistanın NATO-ya üzvlüyündən söhbət getmir”

Sonrakı məqalə

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri ehtiyat kadrlar hesabına doldurulacaq