Ermənistanın təxribatına cavab olaraq iki erməni əsgər məhv edilib, biri yaralanıb

Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.

APA xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi vəziyyət barədə bir azdan açıqlama yayacağını bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

“Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür”, MN-dən bildirilib.

Ermənistan Müdafiə Nazirliyi iki hərbçisinin öldüyünü, birinin isə yaralandığını təsdiqləyib.

Ermənistan MN daha sonra ətraflı məlumat yayacağını bildirib.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

Sonrakı məqalə

15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır