“Ermənistan təyyarələrinin Türkiyə üzərindən uçuşuna qadağa qoymuşuq”- ÇAVUŞOĞLU

“Türkiyə hakimiyyəti öz ölkəsinin hava məkanını Ermənistandan gələn təyyarələr üçün bağlayıb”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində bildirib.

Onun sözlərinə görə, Ermənistandan üçüncü ölkələrə uçan təyyarələrlə bağlı tədbirlər görülüb.

“Biz üçüncü ölkələrə uçuşlar üçün Ermənistan üçün hava məkanını bağladıq. Zərurət olarsa, ölkəmizə təyyarələr buraxacağıq, lakin laynerlərin və şəxsi təyyarələrin məkanımızdan keçməsinə icazə verməyəcəyik”, – Çavuşoğlu qeyd edib.

XİN rəhbəri deyir ki, məhdudlaşdırıcı tədbirlər İrəvanın Ankara və Bakıya qarşı yönəlmiş təxribatları ilə bağlı tətbiq edilib: “Ermənistan hakimiyyəti bunlara son qoymasa, ölkə rəhbərliyi başqa, daha sərt tədbirlər görəcək”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.