Ermənistanda müxalifət hərəkatının lideri sayılan “Taşir” Şirkətlər Qrupunun sahibi Samvel Karapetyan Yerevan-Kentron İslah Müəssisəsindən azadlığa buraxılıb.
AzPost erməni mediasına istinadən bildirir ki, bu gün məhkəmənin qərarı ilə Samvel Karapetyanın məhkəməyəqədərki həbs qətimkan tədbiri dəyişdirilib. O, ev dustaqlığına buraxılıb və girov müqabilində azadlığa buraxılıb.
Karapetyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə hakimiyyəti ələ keçirməyə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtina etməyə və ya konstitusiya quruluşunu zorla devirməyə açıq çağırışlar ittiham olunur.