Estoniya ruslar üçün daşınmaz əmlak alışını məhdudlaşdıracaq

Estoniya hökuməti Rusiya və Belarus vətəndaşlarının ölkədə daşınmaz əmlak almasına mümkün qadağaların tətbiqini müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

“Biz əldə edilmiş daşınmaz əmlakdan kəşfiyyat fəaliyyəti, təxribat və ya hər hansı anti-dövlət fəaliyyətləri üçün istifadə riskini azaltmaq üçün çalışırıq”, – Estoniya daxili işlər naziri Lauri Lyenemetsa deyib.

Nazir başqa təfərrüatları açıqlamayıb.

Azpost.info

Əvvəlki məqalə

Elektron siqaretləri təbliğ edən TV və radiolara sanksiya tətbiq ediləcək

Sonrakı məqalə

Paraşütdən atlama təlimində həyatını itirən hərbi qulluqçumuz Şəmkirdə dəfn edilib