“Etibar Məmmədovun qarşısını almağa heç kəsin haqqı yoxdur” –

Fəzail Ağamalı
10 Oktyabr 2019 - 00:16

“Etibar Məmmədov zamanında Azərbaycan siyasətinə öz möhürünü vuran şəxsiyyətdir. Azadlıq hərəkatında onun böyük rolu və xidmətləri olub”.

Azpost.info bildirir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı AMİP-in sabiq sədrinin yenidən aktiv siyasətə qayıtması barədə səslənən məlumatları ovqat.com-a şərh edərkən deyib.

Etibar Məmmədovun siyasətə qayıdışına yalnız özünün qərar verə biləcəyini düşünən Ana Vətən Partiyasının sədri deyib ki, bunun qarşısını almağa heç kəsin haqqı yoxdur: “Bu onun öz seçimidir. Ancaq siyasi arenada onun yenidən fəallaşması istər-istəməz tərəfdarları arasında “niyə getmişdi və niyə qayıdır” sualı yarana bilər ki, buna da yəqin ki, özü aydınlıq gətirəcək”.