“Etibar Məmmədovun qarşısını almağa heç kəsin haqqı yoxdur” –Fəzail Ağamalı

“Etibar Məmmədov zamanında Azərbaycan siyasətinə öz möhürünü vuran şəxsiyyətdir. Azadlıq hərəkatında onun böyük rolu və xidmətləri olub”.

Azpost.info bildirir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı AMİP-in sabiq sədrinin yenidən aktiv siyasətə qayıtması barədə səslənən məlumatları ovqat.com-a şərh edərkən deyib.

Etibar Məmmədovun siyasətə qayıdışına yalnız özünün qərar verə biləcəyini düşünən Ana Vətən Partiyasının sədri deyib ki, bunun qarşısını almağa heç kəsin haqqı yoxdur: “Bu onun öz seçimidir. Ancaq siyasi arenada onun yenidən fəallaşması istər-istəməz tərəfdarları arasında “niyə getmişdi və niyə qayıdır” sualı yarana bilər ki, buna da yəqin ki, özü aydınlıq gətirəcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pənah Hüseyn Firudin Cəlilovu “topa tutdu”:

Sonrakı məqalə

Türk ordusu Suriyaya daxil oldu –